Millimizin kapitanı üçün yeni baş məşqçi
18.05.2011 - 09:59
Millimizin kapitanı üçün yeni baş məşqçi
Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Oksana Porxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”sunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunu növbəti mövsümdə Boris Kolçin çalışdıracaq. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Dinamo”nun baş məşqçisi Vladimir Kuzyutkinlə qarşılıqlı razılıq əsasında müqavilə pozulmuşdu.
0