Abramoviç Azərbaycanla oyunlardan ehtiyatlanır
18.05.2011 - 23:00
Abramoviç Azərbaycanla oyunlardan ehtiyatlanır
Belarus milli komandasının həndbolçusu Yelena Abramoviç Avro-2012-nin seçmə mərhələsinin təqvimindən şikayətlənib. Apasport.az saytının məlumatına görə, Macarıstanda “Ferençvaroş”un şərəfini qoruyan qapıçı Avropa çempionatında Azərbaycanla görüşləri xüsusi qabardıb.

Komandamızla 2 ardıcıl oyunun heç də asan olmayacağını deyən Abramoviç vurğulayıb ki, Azərbaycan millisini Mogilyovda deyil, Minskdə qəbul etsələr yaxşıdır: “Biz onlarla çərşənbə və şənbə günləri oynayacağıq. Əvvəlcə Azərbaycan səfər edəcəyik, ardınca evdə meydana çıxacağıq. Daha sonra isə Macarıstanla oynayacağıq. Bu heç də asan olmayacaq. Əgər Mogilyova qədər olan yolu da hesablasaq, azərbaycanlılarla qarşılaşmadan sonra bərpa olunmaq çox çətin olacaq. Buna görə də Minskdə oynamaq ən optimal variantdır. Bəli, Dnepr sahilində yerləşən şəhərdə zal çox yaxşıdır. Bizi orada həmişə əla qəbul ediblər. Lakin oyunları o vaxt Mogilyovda keçirmək olar ki, öncə komandanın 1 həftəlik toplanışı və ev oyunları olsun. Amma 1 həftə ərzində 2 oyun keçirdikdə, özü də, ev-səfər bu, çox çətindir”.

Qeyd edək ki, Azərbaycan həndbolçularının yer aldıqları I qrupda Belarusla yanaşı, Macarıstan və Almaniya yığmaları yer alıblar. Millimizin Belarusla dueli isə martın 21-də və 24-də olacaq.
0