Millimizin kapitanı: Türk klubları xidmətimdə maraqlıdırlar
19.05.2011 - 12:29
Millimizin kapitanı: Türk klubları xidmətimdə maraqlıdırlar
“Bəzi menecerlər hazırda formada olub-olmamağımla maraqlanırlar. Mən də hər şeyin qaydasında olduğunu deyirəm. Lakin yenidən legioner həyatı yaşamaq barədə yekun qərar verməmişəm”. Bunu apasport.az saytına açıqlamasında voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Fərid Cəlalov deyib.

Cəlalovun çıxış etdiyi “Azərneft” avrokuboklardan kənarda qalıb və yığmamız ən yaxşı halda avqustda bir araya gələcək. Voleybolçunun sözlərinə görə, bu müddətdə əsas məqsədi formasını qorumaqdır.

Almaniyada və Türkiyədə legioner həyatı yaşayan həmyerlimiz bildirib ki, hələ xarici klublara transfer olunmasını özü istəmir: “Düzdür, hazırda transfer üçün müəyyən müddət var. Konkret olaraq, Türkiyə komandaları xidmətimdə maraqlıdırlar. Lakin mənim bir qədər fikirləşməyimə ehtiyac var. Çünki mən ailənin yeganə oğluyam. Başqa ölkəyə getməyimdə problem yaradan məsələ məhz budur. Lakin həyatdır, hər şey ola bilər. Voleybol oynamaq bizim işimizdir və müəyyən müddətdən sonra hər qaranlıq məqama aydınlıq gələcək”.
0