Azərbaycan çempionu Bolqarıstan millisinin üzvünü transfer etdi
23.05.2011 - 10:23
Azərbaycan çempionu Bolqarıstan millisinin üzvünü transfer etdi
Azərbaycan çempionu “Rabitə” ikinci transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubu xorvatiyalı Nataşa Osmokroviçin ardınca Bolqarıstan milli komandasının voleybolçusu Dobriana Rabadjiyevanı heyətinə qatıb.

Onunla 1 illik müqavilə imzalanıb. Dobriana ötən mövsümü İtaliyanın “Spes Konelyano” klubunda keçirib. 190 sm boya malik voleybolçunun iyunun 14-də 20 yaşı tamam olacaq.

Qeyd edək ki, “Rabitə” bu 2 transferindən öncə 6 voleybolçusu ilə yeni müqavilə imzalamışdı.
0