Dobriana Rabadjiyeva: “Rabitə”nin etimadını doğruldacağam
23.05.2011 - 10:49
Dobriana Rabadjiyeva: “Rabitə”nin etimadını doğruldacağam
“Mən şəxsi agentimə minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin “Rabitə”yə, belə dahi komandanın üzvü olmağıma imkan yaratdığına görə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” voleybol klubunun yeni transferi Dobriana Rabadjiyeva deyib.

Bolqarıstan yığmasının üzvü son klubu olan İtaliyanın “Spes Konelyano”nda uğurlu mövsüm keçirməsinə baxmayaraq, karyerasını Azərbaycanda davam etdirməyə qərar verdi. Bu da onunla bağlıdır ki, Dobriananın “Rabitə”dən aldığı sərfəli təklifdən imtina etməsi çətin idi: “Burada Natalya Məmmədova, Nataşa Osmokroviç, Kimberli Qlass, Mira Qoluboviç kimi ulduzlar oynayır. Mən ümid edirəm ki, Azərbaycan çempionunun etimadını doğruldacağam”.

Qeyd edək ki, Dobriana “Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin rəhbərliyi altında Bolqarıstan yığmasında oynayır. Az öncə isə bolqarıstanlı həmkarlarımız onu “Rabitə”yə deyil, “dəmiryolçuların” heyətinə aparırdı.
0