Ze Roberto Azərbaycan çempionatını göstərdi
24.05.2011 - 10:20
Ze Roberto Azərbaycan çempionatını göstərdi
Türkiyə Voleybol Federasiyasının əcnəbi limitini dəyişmək istəyi əsasən legionerlərə güvənən İstanbul klublarını hərəkətə gətirib. Apasport.az saytının məlumatına görə, öncə “Fənərbaxça”nın braziliyalı baş məşqçisi Ze Roberto bu məsələyə münasibət bildirib.

“Sarı mələklərə” Super Liqanın qızıl medallarını qazandıran mütəxəssis bunun tez həyata keçirilməsi qənaətindədir. Onun sözlərinə görə, Türkiyədə də Azərbaycanda olduğu kimi yerli voleybolçu olduğundan limiti dəyişməyə hələlik ehtiyac yoxdur: “Voleybol Federasiyası əcnəbi voleybolçu sayını 2-yə endirmək istəyir. Fikrimcə, bu səhv bir addım olacaq və hələ dəyişikliyin zamanı deyil. Hazırda çox güclü ölkə çempionatları keçirilən ölkələrdən İtaliya və Azərbaycanda limit yoxdur. Türk voleybolu da az əcnəbi ilə oynamağa hazır deyil. Lakin yekun qərarı gözləyirik və buna uyğun işlərimizi quracağıq”.

Qeyd edək ki, Türkiyə Voleybol Federasiyası legioner limitini 2+1 etməyi planlaşdırır.
0