EEVZA çempionatını Azərbaycana həvalə etdi
25.05.2011 - 17:35
EEVZA çempionatını Azərbaycana həvalə etdi
Azərbaycan Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə keçiriləcək çempionata ev sahibliyi edəcək. Apasport.az saytının məlumatına görə, voleybolun inkişafında xüsusi rolu olan bu qurum yarışlarından birini Bakıya etibar edib.

Artıq paytaxtımızda baş tutacaq gənc voleybolçu qızlardan ibarət milli komandalar arasında beynəlxalq turnirin tarixi də açıqlanıb.
Yarış noyabrın 25-27-də keçiriləcək.

Qeyd edək ki, gənclər yığmamız gələn ay EEVZA xətti ilə təşkil olunan 2 yarışa qatılacaq. Bunlardan biri Belarusda (Mogilyov), digəri Ukraynada (Lutsk) olacaq.
0