Millimizin kapitanı bıçaq altına düşdü - FOTO
27.05.2011 - 13:12
Millimizin kapitanı bıçaq altına düşdü - FOTO
Voleybol üzrə Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko əməliyyat olunub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Acibadem” xəstəxanasında doktor Ufuk Nalbantoğlu tərəfindən aparılan cərrahiyyə əməliyyatından sonra təcrübəli voleybolçumuz özünü yaxşı hiss edir.

Sağ biləyindən əməliyyat olunan Parxomenko da özünü yaxşı hiss etdiyini və iyunun 4-də keçiriləcək toyuna kimi problemin arxada qalacağını bildirib.

Millimizin aparıcı üzvünü ilk olaraq yoxlayanlar arasında “Skavolini”də forma geyinən həmyerlimiz Natəvan Qasımova və onun nişanlısı, “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Afşar da olub.

Qeyd edək ki, Parxomenko məhz biləyindəki zədə səbəbindən son mövsümdə Moskva “Dinamo”sunda ehtiyatda qalırdı. Bunun üçün də 2 mövsümdür rusiyalıların heyətində çıxış edən voleybolçumuzun başa çatan müqaviləsi də uzadılmayıb. Onun ya Azərbaycan, ya da Türkiyə klublarından birinə transfer olunacağı gözlənilir.
0