Sabah Azərbaycan çempionu müəyyənləşəcək
27.05.2011 - 14:50
Sabah Azərbaycan çempionu müəyyənləşəcək
Sabah basketbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, final görüşündə “Araz” “Qala”nı sınağa çəkəcək.

Naxçıvan basketbolçularını həlledici görüşün favoriti saymaq olar. Son çempion təsnifat mərhələsində də rəqibindən güclü olduğunu sübut etmişdi. Lakin “Qala”nın çalışdırıcısının təcrübəli Elxan Əliyev olduğunu nəzərə alsaq, onların da Azərbaycanın ən güclüsü adına yiyələnmək şansı yüksəkdir. Bunun üçün sabah baş tutacaq görüşdə hər 2 komanda ehtiyatlı oyuna üstünlük verəcək. Çünki “Araz” titulunu qorumağı çalışacağı halda, “Qala” ötən illə müqayisədə mövsümü bu dəfə titulla başa vurmaq arzusundadır.

Həlledici oyun sabah saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan çempionatının bürünc mükafatını ABİK-ə qalib gələn U-18 qazanıb.
0