Türkiyə milli komandası hədəflərini açıqladı
27.05.2011 - 17:41
Türkiyə milli komandası hədəflərini açıqladı
Avro-2011-in final mərhələsində qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığması həlledici oyunlara yüksək əhval-ruhiyyədə yollanmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” bu uğurun təməlini Avropa Liqasında qoymağı planlaşdırırlar.

Türklərin baş məşqçisi Marko Aurelio Motta bildirib ki, qitə çempionatından öncə keçiriləcək Avropa Liqasında əsas məqsədləri “Dördlər finalı”na yüksəlməkdir: “Hazırlıqlarımız əla gedir. Düzdür, yetərincə vaxtımız olmadı. Lakin “Dördlər finalı”na düşməyi planlaşdırırıq. Gözəl nəticələr qazanaraq azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, Avropa Liqasında C qrupunda Belarus, Rumıniya və Xorvatiya milliləri ilə qüvvəsini sınayacaq Türkiyə ilk oyununa sabah çıxacaq.
0