Mübariz Mənsimov “Trabzonspor” klubuna da sponsorluq edəcək?
28.05.2011 - 12:05
Mübariz Mənsimov “Trabzonspor” klubuna da sponsorluq edəcək?
Beko Basketbol I Liqasına yüksələn “Trabzonspor” klubu sponsor axtarışına çıxıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Medicalpark”ın geri çəkilməsindən sonra komandaya azərbaycanlı iş adamının yardım edəcəyi bildirilir.

Belə ki, Trabzon təmsilçisinin rəhbərliyi mərkəzi ofisi İstanbulda olan “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun komandaya sponsor olmasına çalışır.
0