Yığma komandamız Rusiyaya gedir
28.05.2011 - 18:00
Yığma komandamız Rusiyaya gedir
Rəfiqə Şabanovanın rəhbərlik etdiyi həndbolçu qadınlardan ibarət yığmamız mayın 29-də Rusiyanın Həştərxan şəhərinə yollanacaq. Apasport.az saytının xəbərinə görə, səfərdə əsas məqsəd mayın 31-dən iyunun 2-dək həmin şəhərdə ilk dəfə keçiriləcək Xəzərətrafı Ölkələrin Kuboku uğrunda turnirə qatılmaqdı.

Şabanova turnirdə əsasən yerli və gənc həndbolçuları sınaqdan çıxarmağa çalışacaq. Elə bu məqsədlə də heyətə qatılan 15 idmançının əksəriyyəti gənclərdi. Rusiyanın gənclərdən ibarət yığmasının, Belarus millisinin və Həştərxanın "Astraxanoçka" klubunun iştirakı ilə keçiriləcək bəlli turnir yığmamız üçün Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq və sınaq xarakteri daşıyacaq.
0