Azərbaycan çempionu Rusiya klubu ilə müqavilə imzaladı - FOTO
30.05.2011 - 12:55
Azərbaycan çempionu Rusiya klubu ilə müqavilə imzaladı - FOTO
Azərbaycan çempionu Olqa Ativi özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, son mövsümdə Bakının “Rabitə” voleybol klubunun şərəfini qoruyan latviyalı legioner karyerasını Rusiyada davam etdirəcək.

O, Rusiyanın “Severstal” komandasına transfer olunub. 29 yaşlı voleybolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ativi “Rabitə” ilə Super Liqanın qızıl, Çempionlar Liqasının gümüş mükafatını qazanıb.
0