Vera Klimoviç “Lokomotiv”də qalacaq
03.06.2011 - 11:18
Vera Klimoviç “Lokomotiv”də qalacaq
“Zədəmin bərpası uğurla gedir. Sağaldıqdan sonra məşqlərimi intensivləşdirib, əvvəlki formamı yığacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Lokomotiv” voleybol klubunun legioneri Vera Klimoviç deyib.

23 yaşlı belaruslu legioner növbəti mövsümdə də “dəmiryolçuların” şərəfini qorumağa yaxındır. Zədə səbəbindən 2010/2011 mövsümünün sonunu boşa verən Klimoviçin “Lokomotiv”lə müqaviləsi başa çatıb.

Buna baxmayaraq, heyətini qorumağa çalışan Bakı klubu Klimoviçi də komandada saxlamaqda maraqlıdır. Vera özü də bunu istisna etmir: “Danışıqlar gedir. Hazırda rəsmi müqavilə olmasa da, fikrimcə, sonluq uğurla yekunlaşacaq. Yəqin ki, növbəti mövsümdə də “Lokomotiv”in şərəfini qoruyacağam”.

Qeyd edək ki, Belarus yığmasında da çıxış edən Klimoviç Super Liqanın final mərhələsinin ilk dövrəsinin II turunda “Azərreyl”lə görüşdə zədələnmişdi.
0