Milli komandamız biabırçılıqla üzləşdi
03.06.2011 - 16:38
Milli komandamız biabırçılıqla üzləşdi
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Rusiya səfəri uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi yığmamız Həştərxan şəhərində keçirilən “Xəzərətrafı Ölkələrin Kuboku” uğrunda turnirin sonuncu matçında da qələbəyə həsrət qalıb.

Belə ki, öncə “Astraxanoçka”ya 31:36, ardınca Belarus yığmasına 27:36 hesabı ilə məğlub olan həndbolçularımız Rusiyanın gənclərdən ibarət millisinə də qalib gələ bilməyiblər. Yığmamız bu dəfə 30:37 hesabı ilə uduzub.

Nəticədə 4 komandanın iştirakı ilə keçirilən beynəlxalq turnirdə Rəfiqə Şabanovanın yetirmələri sonuncu olublar. Yarışın qalibi adını isə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində rəqibimiz olan Belarus millisi qazanıb.

Qeyd edək ki, Rusiyaya səfər Avropa çempionatının seçmə qrup oyunlarına hazırlıq məqsədi daşıyır.
0