Türkiyə klubu yığmamızın üzvünü baxışa çağırdı - FOTO
06.06.2011 - 12:58
Türkiyə klubu yığmamızın üzvünü baxışa çağırdı - FOTO
Azərbaycan milli komandasının basketbolçusu Aleksandr Rindın karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Türk Telekom”da çıxışı uğursuz alınan yığmamızın ən hündürboylu oyunçusu “Banvit”də baxışa dəvət olunub. O, sınaqda özünü göstərə bilsə, millimizin amerikalı legioneri Çarlz Devisə komanda yoldaşı ola bilər.

Qeyd edək ki, Rindın Türkiyədə “Türk Telekom”da zədə səbəbindən ümidləri doğrultmadı və əvəzedici heyətdə çıxış etdi.
0