Azərbaycanda bürünc medal qazandı, yığmadan kənarda qaldı
06.06.2011 - 15:15
Azərbaycanda bürünc medal qazandı, yığmadan kənarda qaldı
İyunun 7-12-də voleybolçu qadınlar arasında dünyanın ən güclü turnirlərindən hesab olunan “Montreux Volley Masters” keçiriləcək. Apasport.az saytının məlumatına görə, 8 milli komandanın iştirak edəcəyi yarış Bakının “İqtisadçı” klubunun liberosu Yuko Sano üçün acı xatirə kimi yadda qalacaq.

Belə ki, son illər həmişə Yaponiya yığmasının heyətində yer alan Super Liqanın bürünc mükafatçısı bu dəfə düşərgəyə dəvət olunmayıb. Bu, bəlkə də martda “Gündoğar ölkə”nin məşqçisi Abo Kiyoşi Bakıda Sanonun məşqini izlədikdə hazırlığından razı qalmaması ilə də izah oluna bilər.

Qeyd edək ki, “Montreux Volley Masters”in A qrupunda ABŞ, Çin, Almaniya, Peru, B qrupunda isə Japoniya, İtaliya, Kuba və Hollandiya yığmaları yer alıblar.
0