Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq!
07.06.2011 - 09:18
Azərbaycan Çempionlar Liqasında 2 klubla təmsil olunacaq!
Azərbaycanın qadın voleybol klubları tarixi ərzində ilk dəfə Çempionlar Liqasında 2 komanda ilə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitənin ən mötəbər yarışında “Rabitə” ilə yanaşı, “Azərreyl” də təmsil edəcək.

Komandalarımızın rəqibləri iyulun 1-də müəyyənləşəcək. Püşkatma mərasimi Avstriyanın paytaxtı Vyanada olacaq.

Qeyd edək ki, öncə “Azərreyl”in CEV kubokunda mübarizə aparacağı bildirilsə də, Avropa Voleybol Konfederasiyası və Azərbaycan Voleybol Federasiyası “dəmiryolçular”ın Çempionlar Liqasında yarışmasına qərar veriblər.
0