“Rabitə” və “Azərreyl”in potensial rəqibləri açıqlandı - SİYAHI
07.06.2011 - 09:45
“Rabitə” və “Azərreyl”in potensial rəqibləri açıqlandı - SİYAHI
Çempionlar Liqasında mübarizə aparacaq Bakının “Rabitə” və “Azərreyl” voleybol komandalarının potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın ən titullu klub yarışında 11 ölkədən 20 klub mübarizə aparacaq.

Belə ki, Çempionlar Liqasında yalnız 2 ölkə - İtaliya və Türkiyə 3 komanda ilə mübarizə aparacaq. Azərbaycan, Rusiya, Fransa, Almaniya və Polşa isə yarışa 2 klubla qatılacaq.

Çempionlar Liqasında yarışacaq komandalar bunlardır: “Rabitə”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Modranska” (Çexiya), “Kann”, “Myulhaus” (hər ikisi Fransa), “Şveriner”, “Drezdner” (hər ikisi Almaniya), “Foppapedretti”, “Villi Korteze”, “Skavolini” (hər üçü İtaliya), “Atom”, “Muşinyanka” (hər ikisi Polşa), “Konstanta” (Rumıniya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva, hər ikisi Rusiya), “Srvena Zvezda” (Serbiya), “Volero” (İsveçrə), “Fənərbaxça”, “VakıfGünəş TTelekom”, “Əczaçıbaşı” (hər üçü Türkiyə).

Bu klublardan 5-i - “Dinamo” (Kazan), “Şveriner”, “Drezdner”, “Konstanta” və “Atom” debütantdır.

Qeyd edək ki, son mövsümdə “Rabitə” Çempionlar Liqasının gümüş, “Azərreyl” isə “Çelenc Cup”ın qızıl mükafatçısıdır. Komandalarımızın rəqibləri iyulun 1-də müəyyənləşəcək.
0