“Azərreyl” baş məşqçisini dəyişir
07.06.2011 - 11:22
 “Azərreyl” baş məşqçisini dəyişir
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayev yenidən “Azərreyl”i çalışdıra bilər. Apasport.az sayının məlumatına görə, “dəmiryolçular”ın Çempionlar Liqasına qayıdışı ilə təcrübəli mütəxəssisin kluba baş məşqçi təyin olunmasını gündəmə gəlib.

Qarşısına ciddi məqsədlər qoyan “Azərreyl”in Qarayevlə daha yüksək uğurlar qazanacağını proqnozlaşdırmaq olar. Hər halda, 54 yaşlı mütəxəssis yaradıcılarından olduğu Bakı klubu ilə 2002-ci ildə “Top-komandalar” kubokunu qazanmışdı. Bundan əlavə, “Azərreyl”i 2003/2004 mövsümündə Çempionlar Liqasının “Dördlər finalı”na yüksəltmişdi.

Qeyd edək ki, son mövsümdə “Azərreyl”i onunla birgə Azərbaycan yığmasında və paytaxt klubunda işləmiş Vüqar Əliyev çalışdırırdı. Gənc məşqçi debüt ilindəcə komandaya “Çelenc Cup”ı qazandırdı.
0