Valeriya Korotenko gəlinlik geyinir
07.06.2011 - 12:38
Valeriya Korotenko gəlinlik geyinir
Azərbaycan milli komandasının voleybolçuları – Valeriya Korotenko və Şəfəq Kərimovanın toy mərasimlərinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bir neçə ildir nişanlı olan yığmamızın liberosu iyunun 9-da subaylığın daşını atacaq. Kərimovanın toyu isə ondan 1 gün sonra baş tutacaq.

Qeyd edək ki, iyunun 4-də milli komandamızın kapitanı Oksana Parxomenko da ailə həyatı qurmuşdu. O, türkiyəli voleybol mütəxəssisi Onat Kurtla evlənib.
0