3 illik həsrətə son - STATİSTİKA
07.06.2011 - 13:13
3 illik həsrətə son - STATİSTİKA
Bakının “Azərreyl” voleybol klubunun həsrətinə son qoyulub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 3 illik fasilədən sonra yenidən Çempionlar Liqasında yarışmaq hüququ qazanıblar.

Super Liqanın gümüş mükafatçısı 2002/2003 mövsümündə analoji yarışda debüt etsə də, 2008-ci ildə qrup sonuncusu olduqdan sonra CEV kuboku və “Çelenc Cup”da mübarizə aparırdı. Növbəti mövsümdə isə ölkəmizi onlar Çempionlar Liqasında “Rabitə” ilə birgə təmsil edəcək. Bu isə o deməkdir ki, “Azərreyl” yenidən Avropaya səs salmaq üçün qitənin mötəbər yarışına qayıdır.

Onlar Çempionlar Liqasında mübarizə apardığı 6 mövsümdə 52 oyundan 27-də qələbə qazanıblar. Cəmi 2 dəfə isə qrup mərhələsi səddini keçə bilməyiblər. Bunlar yarışda debüt və axırıncı illərinə təsadüf edib. Lakin 3 dəfə pley-offda uduzan “Azərreyl”, 1 dəfə “Dördlər finalı”na yüksəlməyi bacarıb.

Qeyd edək ki, “dəmiryolçular” 2002-ci ildə “Top-komandalar”, son mövsümdə isə “Çelenc Cup” turnirinin qalibi olublar.

Çempionlar LiqasıOQMSNəticə
2002/200363311-12Qrupda 3-cü yer
2003/200486219-84-cü yer
2004/2005128424-17Pley-offda uduzub
2005/2006126624-25Pley-offda uduzub
2006/200783512-16Pley-offda uduzub
2007/20086157-17Qrupda 4-cü yer
CƏMİ52272597-95 


Tahir HÜMMƏTOV
0