“İqtisadçı” Super Liqanın ən hündürboylu legionerini yola saldı
08.06.2011 - 14:28
“İqtisadçı” Super Liqanın ən hündürboylu legionerini yola saldı
Bakının “İqtisadçı” voleybol klubu daha 2 legionerlə vidalaşıb. Apasport.az saytının məlumatına görə, universitet komandası finlandiyalı Riikka Lehtonen, kubalı Yaima Ortis, ispaniyalı Maria Fernandes və argentinalı Yael Kastilyonun ardından almaniyalı Katlin Ueiss və amerikalı Tayibu Xaneef-Parka da qapını göstərib.

Belə ki, yeni mövsüm CEV kubokunda yarışacaq “İqtisadçı” bu voleybolçularla müqaviləni uzatmamaq qərarına gəlib. Klub rəhbərliyi onların əvəzinə yeni legionerlər transfer etməyi planlaşdırır. Ötən ilki heyətdən isə yaponiyalı Yuko Sano, hollandiyalı Alisa Blom, xorvatiyalılar - İvana Milos və İliyana Duqandziçlə danışıqlar aparılır.

Qeyd edək ki, 200 sm boyu olan Xaneef-Park 2010/2011 mövsümündə Azərbaycan Super Liqasının ən hündürboylu voleybolçusu idi. Katlin Ueiss isə ölkə tarixinə ilk almaniyalı legioner kimi adını yazdırdı. Onlar başa çatan mövsümdə Super Liqada və “Çelenc Cup”da daima əsas heyətdə yer alıraq, komandanın bürünc mükafat qazanmasında böyük pay sahibi olmuşdular.
0