32 saat fasiləsiz oyunda 977:973 hesabı
09.06.2011 - 11:41
32 saat fasiləsiz oyunda 977:973 hesabı
Belarusun paytaxtı Minskdə yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu ölkədə həndbol günü çərçivəsində fasiləsiz 32 saat davam edən oyun keçirilib. “Minsk-Arena”da baş tutan qarşılaşmada 5 yaşından 78 yaşa qədər 1000-ə yaxın həvəskar həndbolçu iştirak edib. Oyun 977:973 hesabı ilə başa çatıb.

Bu, MDB və Baltikyanı ölkələrin rekordlar kitabında qeydə alınıb. Lakin belaruslular öz nailiyyətlərinin dünyada da tanınması niyyətindədirlər. Onlar bunun üçün “Ginnesin rekordlar kitabı”nın Londonda yerləşən mənzil-qərargahına müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, Belarus yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.
0