Yığmamızın üzvü idi, mətbuat katibliyində işləyəcək - FOTO
09.06.2011 - 11:53
Yığmamızın üzvü idi, mətbuat katibliyində işləyəcək - FOTO
Azərbaycan millisinin voleybolçusu Şəfəq Kərimova karyerasını rəsmən bitirib. Apasport.az saytının məlumatına görə, son mövsüm “Şirvan”da forma geyinən 23 yaşlı Kərimova daha oynamamağa qərar verib.

O, artıq özünə yeni iş yeri də tapıb. Şəfəq bundan sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat katibliyində mütəxəssis kimi çalışacaq.

Qeyd edək ki, sabah toyu olacaq Kərimova 2007-2010-cu illərdə “Azərreyl”in şərəfini qoruyub.
0