Sabah Bakıda beynəlxalq futbol turniri start götürəcək
10.06.2011 - 11:35
Sabah Bakıda beynəlxalq futbol turniri start götürəcək
Sabah Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında “Caspian Cup” beynəlxalq turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, iyunun 16-a kimi davam edəcək yarışda 8 komanda iştirak edəcək. A qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan, B qrupunda isə İspaniya, Gürcüstan, Qazaxıstan və Tacikistan yığmaları çıxış edəcək.

Turnirin açılış mərasimi sabah saat 16:30-da “Dalğa Arena”da keçiriləcək. İlk oyun gününün təqvim belədir:

11 iyun

10:00. Gürcüstan – Qazaxıstan
Şağan Olimpiya İdman Kompleksi

10:00. İspaniya – Tacikistan
“Dalğa Arena”

16:30. Açılış mərasimi
“Dalğa Arena”

17:00. Azərbaycan – Qırğızıstan
“Dalğa Arena”

19:30. Türkiyə – Özbəkistan
“Dalğa Arena”

Qeyd edək ki, turnir futbolumuzun 100 illik yubileyinə həsr olunub.

Mənbə: affa.az
0