Millimiz London-2012-nin təsnifat mərhələsinə qatılmayacaq!
14.06.2011 - 13:26
Millimiz London-2012-nin təsnifat mərhələsinə qatılmayacaq!
London-2012-nin seçmə mərhələsinə qatılacaq milli komandaların sifariş ərizələri üçün vaxt yekunlaşıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda kişi voleybolçulardan ibarət Azərbaycan yığması Olimpiya təsnifat mərhələsində mübarizə aparmayacaq. Voleybol Federasiyası komandamızın turnirə qatılmasını məqsədəuyğun saymayıb.

Kişilərdən fərqli, qadın voleybolçularımız analoji yarışda iştirak edəcəklər. Artıq onlar beynəlxalq federasiyaya iştirakla bağlı sifariş ərizəsini göndəriblər. Təsnifat oyunları noyabrdan start götürəcək.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan klubları növbəti mövsümdə Avrokubok oyunlarında da qüvvələrini sınamayacaqlar.
0