“Fənərbaxça”nın məşqçisi Azərbaycan klubunda!
16.06.2011 - 16:01
“Fənərbaxça”nın məşqçisi Azərbaycan klubunda!
Azərbaycan millisinə və Bakının “Azərreyl” voleybol klubuna yeni məşqçi cəlb edilib. Apasport.az saytının məlumatına görə, bu, türkiyəli mütəxəssis Onat Kurtdur.

Bu günlərdə yığmamızın kapitanı Oksana Parxomenko ilə ailə quran Kurt hər 2 komandada statistika üzrə məşqçi işləyəcək.

Qeyd edək ki, Oksana və Onat artıq 3 ildir bir yerdə çalışırlar. Onlar 2008/2009 mövsümündə “Fənərbaxça”da, 2009-2011-ci illərdə Moskva “Dinamo”sunun uğurları üçün çalışıblar.
0