“Qaziantepspor”un prezidenti: “Olimpik-Şüvəlan”dan çəkinmirik
21.06.2011 - 12:48
“Qaziantepspor”un prezidenti: “Olimpik-Şüvəlan”dan çəkinmirik
UEFA-nın “Olimpik-Şüvəlan” kimi təqdim etdiyi AZAL-ın Avroliqanın II təsnifat mərhələsində qarşılaşmaq şansı olan Türkiyənin “Qaziantepspor” klubunun prezidenti İbrahim Kızıl püşkatmaya münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Qaziantep təmsilçisinin rəhbəri ilkin mərhələdə üz-üzə gələcəkləri rəqiblərindən çəkinmədiklərini deyib.

Kızıl bildirib ki, Avroliqanın I təsnifat mərhələsində “Olimpik-Şüvəlan” – “Minsk” (Belarus) cütündə hansı komandanın qalib gəlməsinin fərqi yoxdur. Çünki Azərbaycan və Belarus təmsilçiləri məğlub etmək gücündədirlər: “Növbəti həftədən əcnəbi futbolçuların transferinə başlayacağıq. Avroliqada həm ölkəmizi, həm də azarkeşlərimizi sevindirəcəyik və onları ən yaxşı şəkildə təmsil edəcəyik. Təsnifat mərhələlərini keçəcəyimizə inanıram. Fikrimcə, qrup mərhələsinə yüksəlməyimiz üçün heç bir problem yoxdur”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” “Minsk” səddini aşacağı halda, “Qaziantepspor”la qarşılaşacaq.
0