Arif Əsədov qapıçılardan razı qaldı
22.06.2011 - 08:23
Arif Əsədov qapıçılardan razı qaldı
"Oyun çox maraqlı keçdi. Bu görüşdə heyətdəki bütün 22 futbolçuya şans verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan çempionunun çalışdırıcısı Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində "Metallurq"la (Zaporejets, Ukrayna) yoxlama görüşü haqda fikirlərini açıqlayıb. Əsədov klubun rəsmi saytına açıqlamasında 3:0 hesablı qələbədən razı qaldığını bildirib: “Cavan futbolçularımızdan Elvin Yunusov və Kərim Diniyev ukraynalılara qarşı forma geyindi. Birinci hissədə qapını Saşa Stamenkoviç, ikinci hissədə isə Rauf Mehdiyev qorudu. Hər iki qapıçının çıxışı məni razı saldı. Ümumiyyətlə, oyundan razı qaldım".
0