Avrokuboklardakı rəqiblərimiz müəyyənləşir
22.06.2011 - 23:00
Avrokuboklardakı rəqiblərimiz müəyyənləşir
Voleybol üzrə CEV kubokunun və “Çelenc Cup” turnirinin püşkatma mərasiminin keçirilmə vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasında baş tutan iclasda mərasimin iyunun 25-də təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, püşkatmada Azərbaycan klublarının - “İqtisadçı” (CEV kuboku), “Lokomotiv” və “Bakı”nın (hər ikisi “Çelenc Cup”) da rəqibləri bəlli olacaq.
0