Türkiyə yığmasına qadağa
23.06.2011 - 15:33
Türkiyə yığmasına qadağa
Avro-2011-in final mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq qadın voleybolçulardan ibarət Türkiyə milli komandası problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) türklərə formasında bayraqlarından əlavə yer alan ay-ulduza qadağa qoyub.

CEV rəsmi şəkildə bildirib ki, Türkiyənin qadınlardan, həmçinin kişilərdən ibarət yığması növbəti beynəlxalq yarışlarda formalarını dəyişməlidirlər. Bunun üçün də rəqibimiz yeni forma sifariş etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Avro-2011-in final mərhələsində Azərbaycan, Türkiyə, Xorvatiya və İtaliya voleybolçuları eyni qrupda yer alıblar.
0