Braziliya və Asiyanın ən güclüsü Azərbaycan çempionu ilə eyni qrupda
27.06.2011 - 09:55
Braziliya və Asiyanın ən güclüsü Azərbaycan çempionu ilə eyni qrupda
Voleybolçu qadınlar arasında klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər turnirdə Azərbaycan çempionu “Rabitə”nin rəqibləri müəyyənləşib.

Ötən mövsüm Avropa Çempionlar Liqasının finalında oynamaqla dünya çempionatına vəsiqə qazanan paytaxt klubu Braziliya çempionu “Unilever” və Asiyanın ən güclüsü “Çang”la (Tayland) eyni qrupa düşüb.

Digər qrupda isə “Kenya Prisons” (Afrika), “Caguas” (NORCECA) və VGSTT (Avropa) komandaları mübarizə aparacaqlar.

Oyunlar oktyabrın 8-14-də Qətərin paytaxtı Dohada təşkil olunacaq. Reqlamentə əsasən, yarımfinalda qrupda 1-ci yerin sahibi digər qrupun ikincisi ilə qarşılaşacaq.
0