Çexiya yığmasının üzvü rəsmən Bakı klubunda!
27.06.2011 - 11:25
Çexiya yığmasının üzvü rəsmən Bakı klubunda!
Bakının “İqtisadçı” klubu ilk transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, universitet komandası Çexiya yığmasının aparıcı voleybolçusu Kristina Pastulovanın keçidini həll edib.

1985-ci il təvəllüdlü orta sahə oyunçusu ilə 1 illik müqavilə imzalanıb. 196 sm boya malik voleybolçunun karyerası isə əsasən Avstriya “SVS Post” klubu ilə bağlıdır. 2007-2010-cu illərdə bu komandanın şərəfini qoruyan Pastulova ilk 2 mövsümdə Çempionlar Liqasında, 2009/2010 mövsümündə isə “Çelenc Cup”da avstriyalılara yardımçı olub.

Qeyd edək ki, Kristina 2007/2008 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”ə qarşı da oynayıb. Lakin təmsilçilərimiz hər 2 görüşdə onun komandasını məyus ediblər.
0