Kristina Pastulova: “İqtisadçı” bu mövsüm ən yaxşı nəticəsinə imza atacaq
27.06.2011 - 14:12
Kristina Pastulova: “İqtisadçı” bu mövsüm ən yaxşı nəticəsinə imza atacaq
“Yeni klubum çox iddialıdır. Onlar Azərbaycan Super Liqası ilə yanaşı, bu mövsüm debüt edəcəkləri CEV kubokunda da ən yaxşı nəticəyə imza atmağa çalışacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İqtisadçı” voleybol klubunun yeni transferi Kristina Pastulova deyib.

Çexiya yığmasının şərəfini qoruyan 26 yaşlı Pastulova bildirib ki, Azərbaycanda özünü doğrultmağa çalışacaq. Onun sözlərinə görə, digər komandalarımızda həmyerlilərinin sayı arta bilər: “Azərbaycan Super Liqasında bütün komandalar Bakını təmsil edir. Düzdür, hazırda orada həmyerlilərimin olması barədə dəqiq nəsə deyə bilmərəm. Lakin burada çıxış edən digər klubların Çexiyadan və ya Slovakiyadan voleybolçuların transfer edəcəkləri istisna deyil. Bu zaman bir-birimizi tanıyacağıq”.

Kristina bildirib ki, “İqtisadçı”ya transfer olunmamışdan öncə Azərbaycan barədə məlumatı qardaşından alıb: “Mən bu ölkə barədə qardaşımdan bilgi almışam. O, buranın çox isti olduğunu deyib. Lakin qardaşım bu ölkənin çox qonaqpərvər və mehriban insanlarını da xüsusi vurğulayıb”.
0