Yığmamızın kapitanı jurnalistlər üçün kabab bişirdi - FOTOSESSİYA
27.06.2011 - 16:28
Yığmamızın kapitanı jurnalistlər üçün kabab bişirdi - FOTOSESSİYA
Azərbaycan milli komandasının voleybolçusu Oksana Parxomenko kabab qonaqlığı verib. Apasport.az saytının məlumatına görə, iyunun 4-də Onat Kurtla ailə quran yığmamızın kapitanı türkiyəli KİV nümayəndələrindən bir neçəsinə ziyafət verib.

O, dəvət etdiyi qonaqlara kababı özü bişirməklə adından söz etdirməyi bacarıb. Həmkarlarımız isə Parxomenkonun hazırladığı yeməkləri daddıqdan sonra bildiriblər ki, Oksana oyunlarda atdığı ötürmələr qədər gözəl təamlar hazırlayır.

Qeyd edək ki, Parxomenko və Kurt növbəti mövsümdən Bakının “Azərreyl” klublarının uğurları üçün çalışacaqlar.
0