Azərbaycan çempionatının bürünc mükafatçısında imza günü - FOTO
28.06.2011 - 10:50
Azərbaycan çempionatının bürünc mükafatçısında imza günü - FOTO
Bakının “İqtisadçı” klubu 2 voleybolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, çexiyalı Kristina Patsulovanı transfer edən universitet komandası ötən ilki heyətdən yaponiyalı Yuko Sano və hollandiyalı Alisa Blomla razılıq əldə edib.

“İqtisadçı” ilə Azərbaycan Super Liqasının bürünc medalını qazanan bu voleybolçular növbəti 1 ildə də Bakı klubunun şərəfini qoruyacaqlar.

Qeyd edək ki, “İqtisadçı” 2010/2011 mövsümündə heyətində çıxış etdiyi xorvatiyalılar - İvana Milos və İliyana Duqandziçlə danışıqlar aparılır.
0