Çempionlar Liqasında rəqiblərimiz bəlli oldu - YENİLƏNİB
02.07.2011 - 00:25
Çempionlar Liqasında rəqiblərimiz bəlli oldu - YENİLƏNİB
Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
0