Valeriya Korotenko dünya gözəlləri sırasında
30.06.2011 - 15:20
Valeriya Korotenko dünya gözəlləri sırasında
Dünyanın 40 ən gözəl voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyədə keçirilən səsvermənin nəticəsinə əsasən açıqlanan siyahıda Azərbaycan milli komandasının 2 voleybolçusu da yer alıb.

Belə ki, ölkəmizin ən gözəl voleybolçusu adına yığmamızın liberosu Valeriya Korotenko layiq görülüb. “Azərreyl”də forma geyinən 27 yaşlı voleybolçu dünya sıralamasında 14-cü yeri tutub.

Milli komandamızın digər üzvü – Natalya Məmmədova da siyahıda yer alıb. “Rabitə” ilə Super Liqanın qalibi olan hücumçu 38-ci pillədə qərarlaşıb. Onun Bakı klubunda komanda yoldaşı amerikalı Kimberli Qlass isə 19-cu olub.

Qeyd edək ki, dünyanın ən gözəli adına İtaliya yığmasının üzvü Françeska Piççinini layiq görülüb. İkinci yer polşalı Katarjina Skovronskaya qismət olub. İlk “3-lüyü” isə Xorvatiya milli komandasının üzvü Sanya Popoviç qapayıb.
0