Yelena Şabovta çimərlik voleybolunda çıxış edəcək
30.06.2011 - 15:57
Yelena Şabovta çimərlik voleybolunda çıxış edəcək
Azərbaycan milli komandasının sabiq voleybolçusu Yelena Şabovta özünü çimərlik voleybolunda sınayacaq. Apasport.az saytının məlumatına görə, 42 yaşlı veteran voleybolçu sabah Türkiyədə startı veriləcək qadınlar arasında “Eripden 2011” beynəlxalq turnirinə qatılacaq.

O, qonşu ölkənin Fransada legioner həyatı yaşayan, çimərlik voleybolunda çıxış edən Gökçə Çakınla duet təşkil edəcək.

Qeyd edək ki, fransızların sponsorluq etdiyi yarışın Türkiyə mərhələsi iyulun 3-nə kimi davam edəcək və burada tanınmış voleybol ulduzları çıxış edəcəklər.
0