“Azərreyl” Çempionlar Liqası öncəsi italiyalı ilə anlaşdı
03.07.2011 - 13:34
“Azərreyl” Çempionlar Liqası öncəsi italiyalı ilə anlaşdı
“Azərreyl” heyətinə daha bir voleybolçu cəlb edib. Apasport.az saytının xəbərinə görə, “dəmiryolçular” italiyalı Sara Anzanellonu heyətinə qatıb.

1980-ci ildə anadan olan Sara 1,93 m boya malikdir. 1994-cü ildən peşəkar voleybola gələn Anzanello bir çox İtaliya komandasının formasını geyinib. Son klubu isə “Villa Cortese” olub.

Xatırladaq ki, Çempionlar Liqasında mübarizə aparacaq “Azərreyl” D qrupunda “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə) və “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
0