“Azərbaycan çempionuna qədər məni müxtəlif komandalara çağırırdılar”
08.07.2011 - 11:49
“Azərbaycan çempionuna qədər məni müxtəlif komandalara çağırırdılar”
“Məni müxtəlif illərdə fərqli qadın komandalarına çağırırdılar. 2004-cü ildə Türkiyənin “Eczaçıbaşı” komandasından gələn təklifi düşünsəm də, kişilərdən ibarət “Lokomotiv Beloqorye” komandasına üstünlük verdim. Ardından 2007-ci ildə İsveçrənin “Volero” Sürix komandasıyla da təmasa keçdik və mən bu dəfə də kişi voleybolunu üstün tutaraq “İskra Odintsovo” komandasına çalışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Serbiyalı mütəxəssis yeni posta təyinatı haqda fikirlərini açıqlayıb: “Amma 3-cü dəfə bu şansdan imtina etməməyi qərara aldım, cünki “Rabitə” komandasının rəhbərliyi mənim xidmətimdə çox maraqlı idi. Biz yeni mövsümlə bağlı bütün planları, heyəti, oyun sxemlərini, komandanın qurulma prinsiplərini müzakirə etdik. Mənim üçün bir komandanın uğur qazanması üçün bütün lazımi şəraitin qurulması çox vacibdir ki, heç bir problem komandanı çalışdırmağa və qoyulan hədəflərə yetişməyə mane olmasın. Ona görə mənim müqaviləm birbaşa komandanın yeni mövsümdəki uğurlarından – Klublararası dünya çempionatı, Avropa Çempionlar Liqası və Azərbaycan birinciliyindən asılıdır”.
0