“Bakı” Xorvatiya klubu ilə bacarmadı
09.07.2011 - 21:59
“Bakı” Xorvatiya klubu ilə bacarmadı
Sloveniyada təlim-məşq toplantısını davam etdirən “Bakı” klubu bu gün üçüncü yoldaşlıq oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar” Xorvatiyanin yüksək liqa təmsilçisi “İstra” ilə qarşılaşıb.

Lyublyana yaxınlığındakı "Sportni Park Radomle" stadionunda baş tutun görüş bakılıların məğlubiyyəti ilə yekunlaşıb. 32-ci dəqiqədə meydan sahibləri Sehiçin 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar. “Bakı”nın yeni transferi Maris Verpakovski 47-ci dəqiqə cavab topunu vursa da, “İstra” sonda istəyinə çatıb. 75-ci dəqiqədə Qrbiçin dəqiq zərbəsi oyunda sonuncu olub – 2:1.
0