“Lokomotiv” 4 voleybolçu ilə müqavilə imzaladı
18.07.2011 - 12:04
“Lokomotiv” 4 voleybolçu ilə müqavilə imzaladı
Bakının “Lokomotiv” voleybol klubu 4 voleybolçu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın son mövsümünü 4-cü yerdə bitirən “dəmiryolçular” ötən ilki heyətdən Mariya Filipova, Kremena Kamenova (hər ikisi Bolqarıstan), Aleksandra Samoylova (Rusiya) və Vera Klimoviçi (Belarus) komandada saxlamağa qərar veriblər. Bu voleybolçularla müqavilənin müddəti 1 il artırılıb.

Hazırda isə “Lokomotiv” Azərbaycan milli komandasının üzvləri Kseniya Kovalenko, Yelena Parxomenko, Oksana Məmmədyarova, amerikalı Nansi Metkalfla danışıqları davam etdirir. Onlarında komandada qalacağı gözlənilir.

Qeyd edək ki, yeni mövsümdə “Çelenc Cup”da qüvvəsini sınayacaq “dəmiryolçular” daha öncə “Rabitə”dən Diana Nenovanı transfer etmişdi.
0