Azərbaycan yığmasının üzvü rəsmən A seriyasında! - FOTO
18.07.2011 - 13:54
Azərbaycan yığmasının üzvü rəsmən A seriyasında! - FOTO
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko karyerasının İtaliya A seriyasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bakı “Lokomotiv”inin də danışıq apardığı həmyerlimiz artıq qərarını verib.

25 yaşlı voleybolçu “Kariparma Siqrade” ilə razılıq əldə edib. Kovalenko A seriyasına son mövsümdə yüksələn Parma təmsilçisi ilə 1 illik rəsmi müqaviləyə imza atıb.

Qeyd edək ki, hazırda Azərbaycan milli komandasının heyətində Qubada təlim-məşq toplanışında olan voleybolçu karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq. 2004-2009-cu illərdə “Azərreyl”in formasını geyinən Kseniya son 2 ildə “Lokomotiv”də çıxış edib.
0