“Bakı”da daha bir məşhur sima!
18.07.2011 - 14:07
“Bakı”da daha bir məşhur sima!
“Bakı” klubu növbəti ulduz voleybolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da debüt edəcək paytaxt komandası Hollandiya yığmasının daha 1 üzvünün transferini həll edib.

Yeni mövsümdə Ancelo Vercesinin çalışdıracağı “Bakı” “narıncılar”ın liberosu Yannike van Tienenlə 1 illik anlaşma imzalayıb. Yığmasının heyətində 2007-ci ildə dünya Qran-Prisinin qızıl medalını qazanan 32 yaşlı voleybolçu son mövsümü yerli “Martinus”da keçirib.

Qeyd edək ki, “Bakı” Tienendən öncə braziliyalılar - Renata Kolombo (Renatinya), Barboza Cibele, Alessandra Fratonini, hollandiyalı İnqrid Visser və italiyalı Rafaella Kallonini rənglərinə bağlamışdı.
0