Rəqibimiz çempion oldu
18.07.2011 - 14:16
Rəqibimiz çempion oldu
Avropa çempionatının B divizionunda Azərbaycan millisinin rəqibi olan Belarusun basketbol yığması beynəlxalq turnirdə iştirak edib. Apasport.az saytının məlumatına görə, Mogilyovda baş tutan yarış belarusluların çempionluğu ilə yekunlaşıb.

Belə ki, ilk oyunda Kipr basketbolçularına 63:47 hesabı ilə qalib gələn rəqibimiz növbəti matçda ukraynalılara gücünü göstərib – 98:92. Belarus millisi sonuncu qarşılaşmada İordaniyaya 80:91 hesabı ilə uduzsa da, turniri birinci yerdə bitirib.

Qeyd edək ki, Azərbaycan millisi hazırda Türkiyədə hazırlıqdadır və beynəlxalq turnirdə mübarizə aparır. Avropa çempionatının II dövrəsi isə avqustda keçiriləcək.
0