“Beşiktaş” Azərbaycan yığmasının məşqçisi ilə anlaşdı
18.07.2011 - 19:00
“Beşiktaş” Azərbaycan yığmasının məşqçisi ilə anlaşdı
Türkiyəli mütəxəssis Adnan Kistak Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, son 2 mövsümdə “Azərreyl” və “Şirvan”ı çalışdırmış baş məşqçi karyerasını vətənində davam etdirəcək.

O, “Beşiktaş” klubu ilə razılığa gəlib. Müqaviləyə əsasən, Kistak növbəti 1 ildə “qara qartalları” çalışdıracaq.

Adnan bildirib ki, “Beşiktaş”da əsas məqsədi mübariz komanda yaratmaqdır: “Yeni mövsümdə yaxşı mübarizə apara biləcək heyət formalaşdırmaq üçün çalışacağıq. Ehtiyat qüvvə üçün gəncləri də hazırlayacağıq ki, onlar gələcəkdə “Beşiktaş”a xidmət etsinlər. Bununla yanaşı, ediləcək transferlərin də bizim üçün faydalı olacağı qənaətindəyəm. Hazırda bu işimizi davam etdiririk”.

Qeyd edək ki, “Azərreyl”lə 4-cü, “Şirvan”la 6-cı yeri tutan Kistak gənc qızlardan ibarət Azərbaycan milli komandasında da çalışırdı.
0