Yığmamız vətənə dönür
18.07.2011 - 18:15
Yığmamız vətənə dönür
Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışını başa vurmaq üzrədir. Bu barədə apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının baş meneceri Levent Türknaz məlumat verib.

O bildirib ki, komanda iyulun 21-də vətənə dönəcək: "Burada normal hazırlıq keçdik. Yoxlama oyunlarında qüvvəmizi sınayıb, zəif-güclü tərəflərimizi müəyyənləşdirdik".

Türkiyə toplanışında əsas məqsəd Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaq olub. Avqustun 12-də başlanacaq yarışlar üçün millimiz Bakıda daha bir hazırlıq prosesi təşkil edəcək: "Seçmə mərhələnin oyunları Sərhədçi İdman Kompleksində olacaq. Biz də hazırlığın növbəti mərhələsini "Sərhədçi"də keçirəcəyik".
0