Rəqibimiz Braziliyada nəyə qadir olduğunu göstərdi
21.07.2011 - 14:19
Rəqibimiz Braziliyada nəyə qadir olduğunu göstərdi
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandasının rəqibi İtaliya yığması Braziliyada beynəlxalq turnirdə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, yarışda Apennin təmsilçiləri ilə yanaşı, ev sahibləri, Peru və Yaponiya voleybolçuları qüvvələrini sınayıblar.

Rəqibimiz keçirdiyi 3 oyundan yalnız birində qələbə sevinci yaşayıb. Onlar Peru voleybolçularına 3:1 hesabı ilə qalib gəliblər. İtaliyalılar Braziliya və Yaponiya komandalarından isə 1 set belə ala bilməyiblər.

Turnirin qalibi ev sahibləri olublar.

1-ci tur

Yaponiya – İtaliya – 3:0 (25:21, 25:19, 25:15)
Braziliya – Peru – 3:0 (25:14, 25:15, 25:13)

2-ci tur
İtaliya – Peru – 3:1 (22:25, 25:20, 25:14, 25:12)
Braziliya – Yaponiya – 3:0 (25:21, 25:16, 25:22)

3-cü tur

Braziliya – İtaliya – 3:0 (25:18, 25:22, 27:25)
Yaponiya – Peru – 3:1 (27:29, 28:26, 25:23, 25:19).

1. Braziliya – 9 (3-0)
2. Yaponiya – 6 (2-1)
3. İtaliya – 3 (1-2)
4. Peru – 0 (0-3)

Qeyd edək ki, Avro-2011-in final mərhələsində Faiq Qarayevin yetirmələri İtaliya, Xorvatiya və Türkiyə yığmaları B qrupunda yer alıblar.
0